SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Yanvarın 7-də Bakıda dolların məzənnəsi yenidən yüksəlib.
 
BAKU.WS-in Fins.az-a istinadla verdiyi məlumata görə, şəhərin mərkəzindəki valyutadəyişmə məntəqələrində dolların məzənnəsi yanvarın 6-a nisbətən kəskin artıb. Belə ki, hazırda məntəqələrdə ABŞ dolları 1,6-1,63 manata alınır, 1,70-1,72 manata satılır. Dünən isə doların alış qiyməti 1,61 manat, satış qiyməti 1,64 manat idi.

Paralel olaraq avronun məzənnəsi də yüksəlib. İndi Avropa valyutasının alış qiyməti 1,72 manat, satış qiyməti 1,86 manat təşkil edir. Dünən isə avro 1,71 manata alınıb, 1,77 manata satılırdı.

Əvəzində valyutadəyişmə təntəqələrində rus rublu ucuzlaşıb. Hazırda 100 rubl 2 manata alınır, 2,2 manata satılır. Dünən isə 100 rubl 2,32 manata alınır, 2,45 manata satılırdı.
 
BAKU.WS