Nazirlər Kabineti "Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
 
BAKU.WS-in Nazirlər Kabinetinə istinadla verdiyi məlumata görə, qərarda dəyişiklik "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1261-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 may tarixli 522 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alınıb.
 
Dəyişikliyə əsasən, Avtomobil yollarında piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsi "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun layihələndiriləcək.”
 
ŞAHİN Həbibov
BAKU.WS