SİZİN REKLAM BURADA!
055 213 76 73



CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 7-də 64,42 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,5 dollar/barel çoxdur. BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 7-də 63,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,49 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 7-də 60,22 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,42 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 7-də 62,56 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,43 dollar/barel çoxdur.

BAKU.WS