Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri də maaşı 2500 manatdan az olan fiziki şəxslərdən gəlir vergisinin tutulmaması ilə bağlıdır.
 
BAKU.WS-in məlumatına görə, hazırda maaşı 250 manatadək olan şəxslərdən gəlir vergisi yaşayış minimumu (145 AZN) çıxıldıqdan sonra tutulurdu. Yeni təkliflərə əsasən, indi 2500 manata qədər qazanc əldə edən şəxslərdən yaşayış minimumu çıxılacaq və yerdə qalan vəsaitdən 14% gəlir vergisi tutulacaq. 
 
Məsələn, 1000 manat gəliri olan şəxs qazancından yaşayış minimumunu (145 AZN) çıxacaq. Yerdə qalan 855 manatın 14% gəlir vergisini ödəyəcək. Ancaq əvvəllər yalnız gəliri 250 manata qədər olan insanlar vergi güzəştindən yararlanırdı.
  
Yeni vergi güzəştinə əsasən, 500 mindən çox adam bu imkandan yararlanacaq və həmin şəxslərin aylıq gəlirləri 3-9% çərçivəsində artacaq. Bu dəyişiklik sosial rifahı yaxşılaşdırmaq, kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar yaradacaq. 
 
BAKU.WS