Dünya birjalarında neftin qiyməti bir qədər də ucuzlaşıb.


BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Layt” markalı neftin bir barrelinin qiyməti 0,79 dollar ucuzlaşaraq 43,87 dollar, Londonun İCE ("İnterContinental Exchange Futures”) birjasında isə "Brent” markalı neftin bir barrelinin qiyməti 1,16 dollar azalaraq 48,61 dollar olub.


Qeyd edək ki, mütəxəssislər neftin dünya birjalarındakı qiymətinin 40 dollardan da aşağı düşəcəyi təqdirdə iqtisadi böhranın yaşanacağını istisna etmirlər. 

 

BAKU.WS