VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanlı milyarder Telman İsmayılovla bağlı daha bir maraqlı məlumat yayılıb.
 
BAKU.WS-in məlumatına görə, VTB qrupu AST holdinqin girov aktivlərini cəmi 33 milyon dollar dəyərləndirib. Telman İsmayılovun mətbuat xidmətindən isə bildirilib ki, aktivlər təxminən 250 milyon dollar dəyərindədir. 

Bundan öncə bildirilmişdi ki, kreditlər üzrə "Praqa” restoranı, Krasnaya Presnyada ofis və İzmayılovda ticarət mərkəzi girov kimi göstərilib.

VTB nümayəndəsi isə belə bir təklif edilmədiyini bildirib.

Moskvanın Arbitraj məhkəməsi Moskva Bankının xeyrinə "KBF AST” MMC-ni (Telman İsmayılovun AST qrupuna daxildir) 213 milyon dollar cərimə etmək qərarına gəlib.
 
BAKU.WS