Azərbaycan hökuməti ölkəmizdə olan dondurulmuş 120 milyon dollar İran vəsaitini aktivləşdirmək niyyətindədir. 

BAKU.WS-in Mehr agentliyinə istinadən verdiyi məlumata görə, bu məlumatı ticarət və iqtisadi əməkdaşlıq üzrə İran-Azərbaycan müştərək komissiyasının rəhbəri Mehdi Möhtəşəmi bildirib. 

"Tehranda baş tutan Azərbaycan nümayəndə heyətilə görüşdə bu ölkədə olan 500 milyon dollar İran vəsaitinin aktivləşdirərək iki ölkə arasındakı ticari əlaqələrə sərf edilməsi məsələsinə baxıldı”, - deyə Möhtəşəmi bildirib. Buna qədər isə İran tərəfi Azərbaycan Mərkəzi Bankına müraciət edərək Azərbaycan hesablarında olan və İran şirkətləri tərəfindən istifadə olunmayan vəsaitin geri qaytarılmasını xahiş etmişdi. 

Azad Əliyev
BAKU.WS