Qubada hotel və restoran layihəsinə 150 min manat güzəştli kredit verilib - FOTO

Qubada hotel və restoran layihəsinə 150 min manat güzəştli kredit verilib - FOTO
İqtisadiyyat 97

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Quba rayonunda hotel və restoran layihəsinə 150 min manat güzəştli kredit ayırıb.

BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, kredit fərdi sahibkar Humayə Məmmədova ayrılıb.

“Qadın sahibkarların dəstəklənməsi fəaliyyətimizin başlıca prioritetlərindəndir”, - Mikayıl Cabbarov bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər