Azərbaycan Çin şirkəti ilə nəqliyyat sahəsində müzakirələr aparıb - FOTO

28
fev
2024
17:44
Azərbaycanla Çinin kommersiya nəqliyyat vasitələrinin istehsalı üzrə ixtisaslaşmış "Yutong" şirkəti arasında nəqliyyat sahəsində müzakirələr aparılıb.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Yutong" şirkətinin nümayəndə heyəti ilə görüşdə ölkəmizlə potensial əməkdaşlıq sahələri, səmərəli nəqliyyat ekosisteminin formalaşdırılması prosesinə qabaqcıl təcrübəyə malik şirkətin cəlb edilməsi barədə müzakirələr apardıq", - deyə nazir qeyd edib.
Oxşar xəbərlər
Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində görüşlər keçirir - YENİLƏNİB + FOTO
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində “LinkedIn” şirkətinin həmtəsisçisi və məhsulun idarə olunması üzrə vitse-prezidenti Alle...