Nazir: “2023-cü ildə dövlət büdcəsinə vergi daxilolmaları 3,8%-dən çox artıb” - FOTO
15
yan
2024
12:58
“2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2022-ci illə müqayisədə 3,8% çox - 16 milyard 126,7 milyon manat vəsait daxil olub”.
BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında paylaşım edib.
“O cümlədən, qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 19,3% artaraq 9 milyard 70,8 milyon manata çatıb”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
Avropanın enerjiyə artan tələbatı və Azərbaycanın rolu – TƏHLİL
Daha bir enerji ilə dolu ili yola saldıq. Nəticə olaraq onu demək olar ki, geridə qoyduğumuz 2023-cü il enerji təhlükəsizliyi gündəmini daha da möhkəmləndirmiş...