2 bank Mərkəzi Bankı məhkəməyə verib

2 bank Mərkəzi Bankı məhkəməyə verib
İqtisadiyyat 1047

 

"Biz də öz hüquqlarımızı və qəbul etdiyimiz qərarı məhkəmədə müdafiə edəcəyik".

BAKU.WS məlumat verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Atrabank və Asiya İnkişaf Bankının Mərkəzi Bankın qərarından şikayət etməsi ilə bağlı sualı cavablandırarkən deyib. O, bildirib ki, hazırda məhkəmə prosesi gedir.

Elman Rüstəmov bankların konslolidasiyasından da danışıb. O bildirib ki, bankların birləşdiriləməsi o zaman bitir ki, bu haqda qərar olur: "Mənim fikrim bu idi ki, üç bank konsolidasiya prosesindədir. Onlar iki protokol imzalayıblar. Protokol imzalanandan sonra bəzi addımlar atılacaq. Bu proses zamanı müəyyən işlər var ki, bankların dəyərləri hesablanmalıdır. Təbii ki, çox əhəmiyyətli, vaxt alan prosesdir. Banklar bu prosesə gedirlər”- deyə Elman Rüstəmov bildirib.

 

Ayşən Ayxan

BAKU.WS

Son xəbərlər