Elman Rüstəmov bank islahatlarından danışdı
"Hökumətin və Mərkəzi Bankın başlıca vəzifələrindən biri qiymət və maliyyə sabitliyini qorumaqdır. Ölkə Prezidentinin birbaşa nəzarəti və tapşırığı ilə inflyasiya ilə, xüsusilə də bəzi işbazlar tərəfindən süni qiymət artımları ilə ciddi mübarizə aparılır. Eyni zamanda əhalinin real gəlirlərinin qorunması üçün aztəminatlı sosial təbəqənin gəlirləri artırılır".
BAKU.WS-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmovun Neftçalada ictimaiyyət nümayəndələri ilə görüşü zamanı söyləyib.
Baş bankir bildirib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üzrə son qərarlar maliyyə resurslarının məhdudlaşdığı, dövlət xərclərinə sərt qənaət rejiminin tətbiq olunduğu bir şəraitdə qəbul olunub:
"Ümumilikdə büdcə xərclərin azaldılmasına baxmayaq əsas sosial xərclər yerində qalır. Başlanmış bank islahatları da start götürən struktur islahatlar ilə birlikdə ümumilikdə ölkə iqtisadiyyatının, o cümlədən regionların yeni keyfiyyətdə inkişaf etməsinə əhəmiyyətli töhfə verəcəkdir. Bank islahatları imkan verəcəkdir ki, perspektivdə bank sisteminin resurs bazası güclənsin və iqtisadiyyatı kreditləşdirmək imkanları artsın".
BAKU.WS
Oxşar xəbərlər
Elman Rüstəmovdan bankda pulu olanları sevindirəcək açıqlama
"Bu günlərdə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurası əmanətlərin faiz dərəcəsi ilə əlaqədar qərar qəbul edəcək". BAKU.WS-in məlumatına görə, bun...