SİZİN REKLAM BURADA!
055 213 76 73


Gələn həftədən etibarən şəhərdaxili sərnişinnəqliyyat sahəsində bəzi dəyişikliklər olacaq. Nəqliyyat Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, bu həftənin axırı və gələn həftənin əvvəlindən başlayaraq istiqaməti dəyişdirilmiş, yaxud tamamilə ləğv edilmiş marşrutlar üzrə yeniliklərin tətbiqi nəzərdə tutulur.

Xatırladaq ki, Avropa Oyunları ərəfəsində və yarışlar keçirilən zaman avtomobil yollarında yarana biləcək sıxlığın qarşısının alınması və keyfiyyətli nəqliyyat xidmətinin göstərilməsi məqsədilə paytaxtda bəzi marşrut xətlərinin istiqaməti dəyişdirilmişdi. Bir neçə marşurut xətti isə tamamilə bağlanmışdı

Artıq oyunlar başa çatdığı üçün nazirlik nəqliyyat sisteminin optimallaşdırılması prinsipi ilə bu məsələyə yenidən baxır.


Bundan əlavə, Avropa Oyunları ərəfəsində "Baku Bus MMC” tərəfindən paytaxta gətirilən yeni avtobusların şəhərdaxili sərnişindaşıma məqsədi ilə istismara verilməsi planlaşdırılır

Ziya Səccad
BAKU.WS