VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Dünya valyuta bazarında dollar Azərbaycan manatı qarşısında bahalaşmağa davam edir. 

BAKU.WS-in məlumatına görə, "Bloomberg"in USD/AZN cütlüyü üçün təqdim etdiyi cədvələ diqqət yetirsək dolların manat qarşısında möhkəmlənməyə başladığını görərik. ABŞ dolları milli valyutamız qarşısında 1,6689-a AZN-ə (0,66%) yüksəlib. Mərkəzi Bank son olaraq manatın dollar qarşısında məzənnəsini 1,6362 AZN olaraq müəyyən edib. 
 

 

Manat üzən məzənnəyə keçdikdən sonra dollar dünya valyuta bazarında ilk dəfədir ki, rekord həddə qədər yüksəlib. Bu, 31 avqust tarixinə təsadüf edib. Həmin gün manat dollar qarşısında 1,6937 AZN səviyyəsinə çatıb. Bundan əvvəl sonuncu dəfə manat mart ayının 11-də dollar qarşısında 1,6655 AZN səviyyəsinə qədər yüksəlmişdi.

   

 


 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir.

 

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке


Şahin Həbibov
BAKU.WS