Dollar bu gün ucuzlaşacaq: məzənnə 1,55 USD/AZN olacaq
Valyuta bazarında banklararası valyuta əqdi keçirilib.
"Marja”nın bank sektorundan əldə etdiyi məlumata görə, məzənnə 1.5550-dək düşüb. Dolların Manat qarşısında ən azı 1% ucuzlaşacağı gözlənilir. Yekun qiymət 17:10 radələrində məlum olacaqdır.
29.03.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5737 səviyyəsində müəyyən olunmuşdu.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır.
BAKU.WS
Oxşar xəbərlər
Bu günə olan rəsmi valyuta məzənnəsi açıqlandı
Mərkəzi Bank banklararası valyuta bazarında keçirilmiş əməliyyatlar üzrə orta çəkili məzənnəni müəyyənləşdirib. Azərbaycan Mərkəzi Bankından (AMB) BAKU.WS-ə ve...