Dollar manat qarşısında ucuzlaşmağa başladı (Canlı məzənnə)

Dollar manat qarşısında ucuzlaşmağa başladı (Canlı məzənnə)
İqtisadiyyat 4270

 

Dünya valyuta bazarında manat dollar qarşısında möhkəmlənməyə başlayıb. 

BAKU.WS-in məlumatına görə, günorta saatlarında 1,5767-ə qədər bahalaşan dollar günün ikinci yarısında cuzi ucuzlaşıb.

Hazırda valyuta bazarında 1 ABŞ dolları 1,5650 AZN-ə bərabərdir.   

***12:28*** 

Dünya valyuta bazarında dollar Azərbaycan manatı qarşısında cüzi bahalaşıb. 

BAKU.WS-in məlumatına görə, ABŞ dolları manat qarşısında səhər saatlarından etibarən möhkəmlənməyə başlayıb. ABŞ dolları milli valyutamız qarşısında 1,5704 AZN-ə (0,67%) yüksəlib. Ancaq Mərkəzi Bankın son açıqladığı məzənnədən (1,5561 AZN) sonra manatın kursu dəyişib. AMB-nin müdaxiləsinə baxmayaraq qısa müddət sonra dollar yenidən bahalaşaraq 1,5767-ə çatıb.  

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Eyni zamanda, banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcək.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda dollar bahalaşdı (RƏSMİ)

Azərbaycanda dollar bahalaşdı (RƏSMİ)

Azərbaycanda dollar bahalaşmaqda davam edir. BAKU.WS-in Azərbaycan Mərkəzi Bankına (AMB) əsasən verdiyi məlumata görə, ABŞ dolları manat qarşısında bu gün də...

4 Sosial 09:21 28 dekabr 2015

Son xəbərlər