Gürcüstanın keçmiş müdafiə naziri həbs edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri, "Vahid Milli Hərəkat" müxalifət partiyasının liderlərindən olan Giorgi Baramidzeni məhkəməyə qədər həbs edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, bir gün əvvəl Gürcüstanın Baş Prokurorluğu Baramidzeni dövlətə xəyanət və təxribatda ittiham edib. İddia olunur ki, keçmiş nazir yalan məlumat yayıb və bununla da Gürcüstanın imicinə ciddi ziyan vurub.
Gürcüstan qanunvericiliyinə görə, G.Baramidzeyə qarşı ittihamlar dörd ilə qədər həbs cəzasını nəzərdə tutur.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...