VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn ilin dövlət büdcəsində əsaslı dəyişikliklərin olacağı gözlənir. 2022-ci ildə Azərbaycanda minimum pensiyanın məbləği 20 faiz artırılaraq 200 manatdan 240 manata, minimum əməkhaqqı məbləği isə 250 manatdan 300 manata çatdırılacaq.

BAKU.WS xəbər verir ki, gələn ilin dövlət büdcəsi artıq komitələrdə müzakirə olunub, gələn həftə də plenar iclasa çıxarılacaq. Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev gələn ilin dövlət büdcəsində nəzərdə tutulan dəyişiklikləri "xəzər xəbər"ə şərh edib. O bildirib ki, dövlət büdcəsinin həm gəlir, həm də xərc hissəsində artım var:

Millət vəkilinin sözlərinə görə, sosial yönümlü xərclər builki büdcənin 46,4 faizini təşkil edəcək. Ən çox artırılan xərclər də təhsil xərcləridir ki, bötüvlükdə büdcənin 13 faizini təşkil edəcək. Səhiyyə xərcləri isə müstəqillik dövründə olmadığı həddə çatacaq və təxminən 1 milyard 700 min manatdan çox olacaq.

Minimum əməkhaqqı və pensiyaların artırılması da nəzərdə tutulur ki, bu da vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək.

Qeyd edək ki, hazırda pensiyaya çıxmaq üçün tələb edilən kapital 28 min 800 manatdır. Minimum kapitalın məbləği minimum pensiya məbləğinin 144-ə vurulması ilə müəyyən olunur. Gələn il minimum pensiya 240 manat olarsa, pensiyaya çıxmaq üçün tələb edilən kapitalın məbləği 34 min 560 manata yüksələcək.

BAKU.WS
VİDEO