Zelenski yeni Roma Papasına müraciət etdi

Zelenski yeni Roma Papasına müraciət etdi
Dünya 48

Ukrayna prezidenti Volodimir Zelenski Roma Papası XIV Leo ilə danışıb.

Bu barədə o, "Telegram" kanalında məlumat verib.

Zelenskinin sözlərinə görə, Ukrayna Papının ədalətli və davamlı sülhün vacibliyinə dair fikirlərini yüksək qiymətləndirir.

O, Kiyevin sülh danışıqlarına hazır olduğunu bildirib:

"Ukrayna bu müharibəni bitirmək istəyir və bunun üçün hər şeyi edir. Qarşı tərəfdən – Rusiyadan – addımlar gözləyirik", – deyə o yazıb.

Zelenski həmçinin yeni Roma Papasını Ukraynaya səfərə dəvət edib.

Rusiya Prezidenti Vladimir Putin isə 11 may gecəsi etdiyi müraciətdə Ukrayna ilə 2022-ci ilin yazında dayandırılmış birbaşa danışıqları bərpa etməyi təklif edib. Putinin sözlərinə görə, həmin vaxt Kiyev nümayəndə heyəti danışıqlarda iştirakını dayandırıb və razılaşma layihəsini rədd edib.

Son xəbərlər