Zəhərli xərçəng yeyən bloqer və dostu həyatını itirdi
Filippinli yemək bloqeri Emma Amit zəhərli olduğu bilinən xərçəng növünü yedikdən iki gün sonra vəfat edib. 51 yaşlı bloqerin dostu da eyni səbəbdən həyatını itirib.
BAKU.WS xəbər verir ki, Amit Palavan sahillərində yerli əhali arasında "Şeytan xərçəngi" kimi tanınan Zosimus aeneus növünü ovlayaraq bişirib və bunu sosial şəbəkədə paylaşıb. Onun son videosunda sahil yaxınlığında molyusk və digər dəniz məhsulları topladığı, daha sonra isə xərçəngi bişirib yediyi görünür.
Hadisədən sonra aparılan araşdırma zamanı bloqerin evində yeddi ədəd xərçəng qabığı aşkarlanıb. Xərçəngi onunla birlikdə yeyən dostunun da zəhərlənərək öldüyü bildirilib.
Yerli rəsmilər bildiriblər ki, bu xərçəng növü güclü neyrotoksin ehtiva edir və mərkəzi sinir sistemini iflic edə bilir. Məlumata əsasən, bu növdən zəhərlənmə hallarında ölüm faizi təxminən 50 faiz təşkil edir.
Oxşar xəbərlər
NASA-nın xərcləri 23% azaldılacaq
ABŞ administrasiyası 2027-ci ildə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) fəaliyyətinə ayrılan vəsaiti 5,6 milyard dollar, yəni 23% azaltmağı...