Yusuf Dikeç yeni hədəflərini açıqladı
2024 Paris Yay Olimpiya oyunlarındakı qələbəsi ilə müzakirələrə səbəb olan Yusuf Dikeçdən xəbər var.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, idmançı bu dəfə 2028-ci ildə Los Ancelesdə baş tutacaq Olimpiadadan qızıl medalla qayıtmaq iddiasındadır.
O, bu barədə qarşıda olan hədəflərindən danışarkən bildirib:
"Həyat mübarizə və yarışdır. Allah bizə ömür versin, 2028-ci il Los-Anceles Olimpiadasına hazırlaşacağıq, qızıl medalı alıb oranı tərk edəcəyik. Uğur asan gəlmir, bu 4 ildə bizi çoxlu yarışlar gözləyir. O yarışları davam etdirəcəyik.
Çox yaxşı rəylər almışıq. İlk növbədə özüm üçün çox xoşbəxtəm. İkincisi, mən ölkəm üçün xoşbəxtəm. Üçüncüsü, idmanımın dünyada tanıdılması məni çox sevindirir.
İllərin idman müdürlüklərindən zəng edənlər var, "Yusif, hər gün 30 ailə gəlib uşaqlarının atışa başlamasını istəyir, nə edəcəyik?" deyirlər. Bunlar həm özüm, həm də ölkəm üçün məni çox qürurlandıran və sevindirən hisslərdir".
Xatırladaq ki, Yusuf Fransanın Paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının atıcılıq üzrə gümüş medal qazanıb.
Oxşar xəbərlər
Rusiya Silahlı Qüvvələri "İskəndər"lə Dnepr aerodromunda MiQ-29-u məhv edib
Kassetli döyüş başlığına malik "İsgəndər" operativ-taktiki raket sistemi (OTRK) Ukrayna Hərbi Hava Qüvvələrinin Dnepr aerodromunda yerləşən MiQ-29 təyyarəsini m...