Yunanıstanın dörd adasında təhsil fasiləsi daha bir həftə uzadılıb
16
fev
2025
16:51
Yunanıstan Egey dənizində son həftələrdə davam edən seysmik aktivlik səbəbindən bölgədə yerləşən dörd adada məktəblərin bağlanma müddətini bir həftə daha uzatmaq qərarına gəlib.
BAKU.WS xəbər verir ki, baş nazir Kiryakos Miçotakis sosial media hesabında verdiyi açıqlamada, zəlzələlərin təsirinə məruz qalan Santorini, Yamurqi, Niyoz və Anafiya adalarında məktəblərin növbəti həftə də bağlı qalacağını bildirib.
Qeyd edək ki, bu dörd adada seysmik aktivlik səbəbilə fövqəladə vəziyyət elan edilib və son iki həftə ərzində təhsil müvəqqəti olaraq dayandırılıb.
Oxşar xəbərlər
100 il ərzində su altında qala biləcək şəhərlər açıqlanıb – Türkiyədən 2 şəhər ilk 10-luqda
Alimlərin apardığı araşdırmada qlobal istiləşmə və dəniz səviyyəsinin yüksəlməsi səbəbilə qarşıdakı 100 il ərzində su altında qalma riski ilə üzləşə biləcək 37...