Xurmanın bilinməyən zərəri: Belə yeyiləndə zəhərə çevrilir

Xurmanın bilinməyən zərəri: Belə yeyiləndə zəhərə çevrilir
Foto
Dünya 1822

Xurma şirin və ətirli dadı ilə meyvə sevənlərin ən çox üstünlük verdiyi məhsuldur. Bu meyvə bədən üçün bir çox faydalı xüsusiyyətləri ilə tanınır.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, xurmanın bilinməyən zərərləri də var. Həddindən artıq istehlakı bəzi sağlamlıq problemlərinə səbəb ola bilər.

Qış mövsümünün sevimli meyvələrindən olan xurma A vitamini, lif, zülal və beta karotinlə zəngin meyvədir. Bədən üçün bir çox faydası olan bu şəfalı meyvənin həddindən artıq istehlakı sağlamlıq problemləri yaradır.

"Diospyros kaki" kimi tanınan xurma Asiya mənşəli meyvə növüdür. Bu meyvə şirin və ətirli dada malikdir və yetişdikdə narıncı-qırmızı rəngə çevrilir.

Xurmanın bir neçə növü var və bunlar toxumalarına görə təsnif edilir. Bəzi növləri yetişmədən əvvəl ağızda bir az acı dad verə bilər, lakin tam yetişmiş meyvələr yumşaq, şirin, dadlıdır.

Xurma marmelad, jele, şirniyyat və hətta içkilərdə də istifadə edilə bilər.

Yüksək miqdarda lif, vitaminlər (xüsusilə A və C vitaminləri) və minerallar ehtiva edir. Antioksidant xüsusiyyətləri ilə bədəni zərərli təsirlərindən qorunmağa kömək edir.

Bu xüsusiyyətlər xurmaları həm dadlı, həm də qidalandırıcı meyvə seçimi edir.

Bununla belə, yetişməmiş xurmanın həddindən artıq istehlakı mədə və həzm sistemində tıxanmaya səbəb ola bilər.

Həm yeni, həm də qurudulmuş şəkildə böyük tələbat olan xurmanın, xüsusilə yetişməmiş xurmanın həddindən artıq istehlakının mədə turşusuna təsir edərək, həzm pozğunluğuna səbəb olduğu və orqanizmdə yad cisim kimi tıxanmalara səbəb olduğu öyrənilib.

Xurmanın tərkibində tanin və şibuol adlı maddə var. Xüsusən də yetişməmiş xurma həddindən artıq istehlak etdikdə, bu maddələr sonradan orqanizmdə sellüloza və zülala çevrilərək mədəmizdə, həzm sistemində, bağırsaqlarımızda pulpa əmələ gətirir. Bu da ki xarici cisim (Həzm olunmayan yad cisim) şəklini alır.

Bu maddə bəzən çox böyük miqdarda əmələ gələ bilər və yığılaraq bağırsaq tıxanmasına və mədə çıxışının tıxanmasına səbəb ola bilər. Əslində, bəzən bunları endoskopiya ilə parçalayıb bir saatlıq əməliyyat zamanı çıxarmaq, ya da parçalamaq mümkün deyilsə, cərrahi yolla çıxarmaq lazımdır.

Yetişməmiş xurma yemək xüsusilə mədə əməliyyatı keçirmiş şəkərli diabet xəstələrində mədə turşusunun azalmasına səbəb ola bilər, çünki bu həll olunan maddələr daha çox birləşir və həzm oluna bilmədiyi üçün yad cisim əmələ gələ bilər.

Qurudulmuş qidaların da bu riski var. Həddindən artıq istehlak edildikdə pulpa əmələ gətirir. Qusma, qarında şişlik, ayaqyoluna gedə bilməmə kimi şikayətlər ola bilər.

Xüsusilə qəbizliyi olan insanlarda bu ehtimal artır. Mədə turşusunun azalması səbəbindən həzm prosesi yavaşladığından diabet xəstələri və mədə əməliyyatı keçirənlər daha çox risk altındadır.

Mütəxəssislərin fikrincə, xurma həddindən artıq istehlak edilməməli və yetişməmiş formada yeyilməməlidir.

Son xəbərlər