Bir-biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI
Azərbaycanlı məşhurlar arasında elələri var ki, onlar eyni universitetdə oxuyub, Ali təhsil alıblar. Bu barədə onlar ya televiziyada qonaq olarkən ya da saytlara müsahibələri zamanı açıqlama veriblər. Bəs görəsən 4 il kim kiminlə oxuyub?
Bu dəfə BAKU.WS saytı olaraq bir-biri ilə qrup yaoldaşı olan məşhurları araşdırdıq. Həmin siyahını oxuculara təqdim edirik.
Əməkdar artist Elton Hüseynəliyev və müğənni Səidə Sultan
Hər iki məşhur bir zamanlar qrup yoldaşı olub. Onlar eyni universitetdə oxuyublar. Bu barədə Elton verilişlərdən birində qonaq olarkən deyib. O universitet illərində Səidə ilə daha çox bufetdə qarşılaşdığını bildirib.
Aparıcı Vüsalə Əlizadə və müğənni Günel Məhərrəmova
Günel Məhərrəmova aparıcı Vüsalə Əlizadə ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində qrup yoldaşı olub. Məşhurlar tələbəlik illərini birlikdə keçirsə də zaman-zaman onlar arasında soyuq münasibətlər olub. Lakin Günel açıqlama verərək bu soyuqluğunu bitdiyini deyib
"Vüsalə Əlizadə ilə aramızda kin-küdurət olmayıb. Biz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində birlikə təhsil almışıq, qrup yoldaşı olmuşuq. Vüsalə ilə indi də münasibətlərimiz yaxşıdır. Sadəcə bir vaxtlar aramızda küskünlük var idi. Nə mən onun, nə də o mənim toyuma gəlməyib. Küskünlük olsa da ürəyimiz, qəlbimiz hər zaman bir yerdədir".
Əməkdar artist Vahid Əliyev, Xalq artisti Gülşən Qurbanova və Əməkdar artist Azər Mirzəyev
Hər üç məşhur illər əvvəl eyni universitetdə Ali təhsil alıblar. Bu barədə aktyor Vahid Əliyev sağlığında qonaq olduğu "O üz" verilişində deyib:
"Azər Mirzəyev, Gülşən Qurbanova və mən qrup yoldaşı olmuşuq. Universitetdən sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışdıq. Bir çox tamaşalarda tərəf müqabili olduq. Azər televiziyaya meyilli idi. Gülşənlə yaxşı dost idilər".
Əməkdar artist Əkbər Əlizadə və müğənni İzzət Bağırov
Sənətçi İzzət Bağırov bu barədə verilişlərdən birində danışıb. "Biz Əkbərlə qrup yoldaşı olmuşuq. Eyni zamanda da qohumuq. Onunla atam tərəfdən qohumluğumuz var" - deyə ifaçı bildirib.
Xalq artistləri Əli Nur və Yaşar Nuri
Məşhur aktyorlar Yaşar Nuri və Əli Nur bir zamanlar eyni Ali təhsil müəssisəsində oxuyublar. Bu barədə Əli Nur müsahibələrindən birində qeyd edib:
"Mən 1968-ci ilin sentyabrında Azərbaycan Xalq Təsərrüfatı İnstitunun ikinci kursundan Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinin birinci kursuna gəlmişəm. Qrup yoldaşlarımdan biri də Yaşar Nuriyev idi. Yaşar instituta gələndə artıq respublikada tanınan uşaq idi. Çünki o uşaqlığından televiziya kanallarında "Buratino" verilişinin aparıcısı idi. Biz qəbul olanda institutun tarixində qeyri-adi hadisə baş verdi".
Aparıcı Günel Hümbətova və müğənni Günay İbrahimli
Müğənni Günay İbrahimli bir zamanlar aparıcı Günel Hümbətova ilə qrup yoldaşı olub.
Bu barədə Günay ilk dəfə "MTV Azərbaycan"da yayımlanan "3 canlı" verilişində bildirib. Bir zamanlar məşhur ikili arasında soyuq münasibətlər yaşansa da Günay artıq əlaqələrinin yaxşı olduğunu deyib.
"Günel Hümbətova ilə barışmışam. Onunla qrup yoldaşı olmuşuq" -deyə sənətçi vurğulayıb.
Xalq artisti Arif Quliyev və Əməkdar artist Yaqut Abdullayeva
Bu məşhurlar illər əvvəl eyni universitetdə Ali təhsil alıblar. Onlar Musiqili Komediya aktyorluğu fakültəsində oxuyublar.
Oxşar xəbərlər
Burak Özçivitin başına tac qoyub, kral etdilər - 20 milyon pul da veriləcək
Məşhur aktyor Burak Özçivitə Rusiyanın Həştərxan şəhərində kral tacı taxılıb. BAKU.WS xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Qeyd edilib ki,...