G7 ölkələri Rusiyanın aktivlərindən Kiyevə 33,8 milyard dollar ayırıb
Bu ilin əvvəlindən "Böyük yeddilik" (G7) ölkələri dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına Ukraynaya ümumilikdə 34,8 milyard dollar kredit vəsaiti köçürüblər.
BAKU.WS xəbər verir ki, bu barədə Kiyevə həmin sxem üzrə 50 milyard dollara qədər maliyyə ayrılmasını nəzərdə tutan 2024-cü il qərarının icrası ilə bağlı məlumatlar göstərir.
Göstərilən məbləğin 33,8 milyard dolları 2025-ci ilin əvvəlindən etibarən Ukraynaya verilib və bu, həmin dövr üçün ölkənin aldığı bütün xarici büdcə dəstəyinin təxminən 75%-ni təşkil edir.
Sxem üzrə əsas donor Avropa İttifaqı olub. İttifaq Ukraynaya 21,1 milyard dollar ayırıb. Qalan vəsait isə Kanada, Böyük Britaniya və Yaponiya tərəfindən təmin olunub və onların ümumi töhfəsi 12,7 milyard dollar təşkil edib.
ABŞ isə ötən ilin sonunda bu proqram çərçivəsində ilk olaraq 1 milyard dollar köçürsə də, bundan sonra yeni tranşlar elan etməyib.
G7 proqramından əlavə, Ukrayna həmçinin birbaşa olaraq Avropa İttifaqı (9,4 milyard dollar), Yaponiya (191 milyon dollar), Beynəlxalq Valyuta Fondu (912 milyon dollar) və Dünya Bankı (384 milyon dollar) tərəfindən də dəstəklənib.
Oxşar xəbərlər
Rusiyanın bir şəhərində maska rejimi tətbiq edildi
Rusiyanın Amur vilayətinin Blaqoveşçensk şəhərində bu gündən etibarən ARVI xəstəliklərinin artması səbəbindən maska rejimi və tədbirlərin ləğvi tətbiq edilib....