Əmək Məcəlləsinə ailə vəzifələri olan işçi anlayışı əlavə edilir
Əmək Məcəlləsinə ailə vəzifələri olan işçi anlayışı əlavə edilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub.
Qeyd edilib ki, ailə vəzifələri olan işçi – tibbi rəyə əsasən qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvünə (ərinə (arvadına), valideynlərinə, övladlığa götürənlərə, uşaqlarına, o cümlədən övladlığa götürülən uşaqlara) və qəyyumluğunda (himayəsində) olan digər şəxslərə, habelə himayədar ailə (valideyn) olaraq ona verilmiş uşağa qulluq (köməklik) göstərilməsi ilə əlaqədar əmək fəaliyyətinə başlamaq, əmək funksiyasını yerinə yetirmək və ya işdə irəli çəkilmək imkanları məhdudlaşan işçi hesab olunacaq.
Oxşar xəbərlər
Leyla Əliyeva Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib
Dekabrın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və səhiyyə naziri Teymur Musayev Səhiyyə Nazi...