Tramp sosial şəbəkədə dörd saata 160-dan çox paylaşım edib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp dekabrın 2-nə keçən gecə "Truth Social" platformasındakı səhifəsində təxminən dörd saat ərzində 160-dan çox paylaşım edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, nəşrin məlumatına görə, Tramp Şərq vaxtı ilə saat 19:09-dan 23:57-dək (Bakı vaxtı ilə saat 04:09-dan 08:57-dək) aktiv şəkildə kontent paylaşıb, bəzi postlar iki dəfə yerləşdirilib. Bəzən dəqiqədə birdən çox paylaşım edilib.
Əvvəlcə Tramp opponentlərini tənqid edən bir neçə qəzəbli postunu dərc edib, daha sonra eyni mövzu üzrə bloqerlərin postlarını və materialları yenidən paylaşmağa başlayıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...