Xameneinin müşaviri: İrana qarşı istənilən təcavüzə dərhal və sərt cavab veriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
İranın ali dini lideri ayətullah Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani bəyan edib ki, İrana qarşı hər hansı təcavüz sərt və dərhal cavabla nəticələnəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, Şamxani bu barədə ABŞ Prezidenti Donald Trampın İrana güc tətbiqi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirdiyi "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
"İranın müdafiə doktrinasında bəzi cavab tədbirləri hələ təhdid reallaşmamışdan əvvəl müəyyən edilir. İranın raket və müdafiə imkanları nəzarətə tabe deyil və icazə tələb etmir. Hər bir təcavüz, təşkilatçılarının təsəvvüründən kənara çıxan dərhal və sərt cavabla qarşılanacaq", – deyə Şamxani yazıb.
Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransında ABŞ lideri Donald Tramp bəyan etmişdi ki, ABŞ İranla dialoqa hazırdır, lakin güc tətbiq edə bilər və bu halda fəsadlar nüvə obyektlərinə endirilən zərbədən daha ağır olacaq.
Oxşar xəbərlər
Antalyada güclü leysan yağışları selə səbəb oldu
Antalyada güclü leysan yağışları nəticəsində sel yaranıb. BAKU.WS xəbər verir ki, xüsusilə Demre rayonunda təsirini artıran sərt hava şəraiti əhaliyə və təsərr...