Venesuelada ABŞ-nin hərbi müdaxiləsində ölənlərin sayı 100-ə çatıb

Venesuelada ABŞ-nin hərbi müdaxiləsində ölənlərin sayı 100-ə çatıb
Dünya 79

Venesuelanın daxili işlər naziri Diosdado Kabello ABŞ-nin ölkəyə qarşı həyata keçirdiyi hərbi müdaxilə nəticəsində ölənlərin sayının 100-ə yüksəldiyini açıqlayıb. Nazir bu barədə dövlət televiziyası VTV-yə müsahibəsində məlumat verib.

BAKU.WS xəbər verir ki, Kabello bildirib ki, hücumlar zamanı çox sayda insan həlak olub, yaralananlar arasında evlərində olan qadınlar da var. Onun sözlərinə görə, ABŞ-nin istifadə etdiyi yüksək dağıdıcı gücə malik silahlar nəticəsində döyüşlə əlaqəsi olmayan mülki şəxslər də həyatını itirib.

Nazir qeyd edib ki, əməliyyat zamanı Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı da yaralanıb. Kabello əlavə edib ki, hücumlar nəticəsində Venesuelada olan Kubalı hərbçilər, polis əməkdaşları və evlərində olarkən hücuma məruz qalan şəxslər də həlak olub.

Xatırladaq ki, yanvarın 3-də Venesuelanın paytaxtı Karakasda gecə saatlarında partlayış səsləri və hərbi təyyarələrin uçuşu müşahidə olunub. Venesuela hakimiyyəti baş verənlərə görə ABŞ-ni ölkənin müxtəlif bölgələrində mülki və hərbi obyektlərə zərbələr endirməkdə ittiham edib.

ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı genişmiqyaslı hərbi əməliyyat keçirildiyini və Prezident Nikolas Maduro ilə həyat yoldaşının ölkə xaricinə çıxarıldığını açıqlayıb. ABŞ Ədliyyə Nazirliyi isə Maduro və həyat yoldaşı barəsində bir sıra ağır ittihamlarla bağlı hüquqi proseslərin başladıldığını bildirib.

Venesuela hakimiyyəti beynəlxalq ictimaiyyəti ABŞ-nin bu addımlarını pisləməyə çağırıb. Hadisə ilə bağlı bəzi ölkələr hücumu tənqid etsə də, ABŞ-yə dəstək verən dövlətlər də olub.

Son xəbərlər