Üsyançılar şəhəri ələ keçirdiyi vaxt məhbuslar həsxanadan belə qaçdılar - ANBAAN VİDEO
Konqo Demokratik Respublikasının Qoma şəhərində məhbuslar mərkəzi həbsxanadan qaçıblar.
Bu barədə görüntülər sosial şəbəkəyə yerləşdirilib.
Qeyd edək ki, Konqo Demokratik Respublikasında üsyançılar Qoma şəhəri üzərində nəzarəti ələ keçirdiklərini bəyan ediblər
Ruandanın dəstəklədiyi "23 Mart Hərəkatı" (M23) qrupu Konqonun şərqindəki Şimali Kivu əyalətinin mərkəzi Qoma şəhərini nəzarətə götürdüyünü açıqlayıb.
Qrupun bəyanatı "M23"ün Konqo ordusuna silahlarını yerə qoymalarını tələb edən 48 saatlıq ultimatumunun müddəti bitməmişdən əvvəl verilib. Silahlılar hərbçiləri mərkəzi stadiona toplaşmağa, Qoma əhalisini isə sakit olmağa çağırıb.
Oxşar xəbərlər
Abbas Əraqçi: ABŞ Tehranla müharibəyə trilyonlarla dollar xərcləyəcək
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin Tehranla müharibəyə trilyonlarla dollar xərcləyəcəyini bildirib. BAKU.WS xəbər verir ki, Əraqçi bu barədə "Washi...