Ukraynanın Aİ-yə üzvlük danışıqları rəsmən başladı
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqlar rəsmi şəkildə start götürüb.
BAKU.WS xəbər verir ki, bu barədə Aİ Şurasının sədri Antonio Koşta "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
O bildirib ki, bu addım Ukraynanın Avropa İttifaqı daxilində gələcəyinə doğru mühüm və tarixi mərhələdir. Koşta qeyd edib ki, proses müharibənin başa çatmasına və ədalətli, davamlı sülhün əldə olunmasına töhfə verə bilər.
Onun sözlərinə görə, G7 ölkələrinin vahid və qətiyyətli mövqeyi bu istiqamətdə vacib əhəmiyyət daşıyır.
Qeyd edək ki, hazırda Fransanın Evian şəhərində G7 sammiti keçirilir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...