Ukraynada iki nazir istefa verib

Ukraynada iki nazir istefa verib
Dünya 69

Ukraynada müdafiə naziri Denis Şmıqal və rəqəmsal transformasiya naziri Mixail Fyodorov Ali Radaya istefa ərizələri təqdim ediblər.

BAKU.WS xəbər verir ki, bu barədə "Strana.ua" nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, hər iki nazir parlamentə rəsmi şəkildə istefa ərizəsi verib.

Eyni zamanda qeyd olunur ki, Denis Şmıqalın energetika naziri vəzifəsinə təyin olunacağı gözlənilir. Mixail Fyodorov isə Şmıqalı müdafiə naziri postunda əvəz edəcək. Bununla da o, 2022-ci ilin fevralından bu yana Ukrayna Müdafiə Nazirliyinə rəhbərlik edən dördüncü şəxs olacaq.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski hökumətdə gözlənilən kadr dəyişiklikləri barədə yanvarın 2-də məlumat vermişdi. Həmin vaxt o, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanovu prezident ofisinin rəhbəri vəzifəsinə təyin etməyi təklif etmişdi.

Son xəbərlər