Ukrayna Prezidenti: Rusiya İstanbulda planlaşdırılan danışıqlara ciddi yanaşmayıb
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfinin İstanbulda planlaşdırılan danışıqlara ciddi yanaşmadığını bildirib.
BAKU.WS "Report"a istindən xəbər verir ki, Zelenski bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunları üzrə Ankarada keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin tərkibində hər hansı qərar qəbul etmək səlahiyyəti olan rəsmi şəxslər yoxdur.
Ukrayna lideri qeyd edib ki, məhz Rusiya birbaşa danışıqların təşəbbüskarı olub və bu təşəbbüs ABŞ Prezidenti Donald Tramp tərəfindən də dəstəklənib.
"Rusiya tərəfinin iştirak səviyyəsinin aşağı olmasına baxmayaraq, Ukrayna prezidentlər Tramp və Ərdoğana hörmət əlaməti olaraq sülhə sadiq qalmağa davam edəcək", - o bildirib.
Zelenski həmçinin söyləyib ki, görüş Ukrayna, Rusiya, Türkiyə və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə dördtərəfli formatda keçirilməlidir.
Oxşar xəbərlər
Qızı tərəfindən öldürülən müğənninin məzarından FOTOLAR YAYILDI
Qızı tərəfindən öldürülən müğənni Güllünün Tuzlada yerləşən məzarından fotolar yayılıb. BAKU.WS xəbər verir ki, sənətçinin qəbrinə gələnlər oraya xeyli gül-çiç...