Uitkoff İranla danışıqların iflasından və hücumun səbəblərindən danışdı
ABŞ-nin İran nümayəndələri ilə apardığı danışıqların uğursuzluqla nəticələnməsi və nüvə sazişinə nail olmağın mümkünsüzlüyünün aydınlaşması İrana hücuma səbəb olub. Bu barədə ABŞ prezidentinin xüsusi elçisi Steven Uitkoff bildirib.
BAKU.WS xəbər verir ki, onun sözlərini CNN yayıb.
Uitkoff qeyd edib ki, prezident Donald Trump onu və kürəkəni Cared Kuşneri Cenevrəyə göndərərək İran tərəfinin saziş bağlamağa nə dərəcədə ciddi yanaşdığını araşdırmağı tapşırıb.
Onun sözlərinə görə, ABŞ nümayəndə heyəti İrana uranın zənginləşdirilməsini on il müddətinə dayandırmağı və nüvə yanacağının maliyyələşdirilməsini təklif edib.
"Onlar bu təklifi rədd etdilər və bu, bizə göstərdi ki, onların uranı silah məqsədilə zənginləşdirməkdən başqa planı yoxdur", – deyə Trampın xüsusi elçisi vurğulayıb.
Uitkoff əlavə edib ki, İran nümayəndə heyəti üçüncü görüşdən sonra ABŞ-nin müsbət nəticələr barədə açıqlama verməsini istəyib. "Həmin görüşdə müsbət nəticə yox idi", – o qeyd edib.
Bundan əvvəl Uitkoff bildirmişdi ki, Vaşinqton Tehranla danışıqların ikinci raundunda artıq razılaşmanın mümkün olmayacağını anlayıb və üçüncü görüşü son şans kimi qiymətləndirib.
Oxşar xəbərlər
Texasda təyyarə qəzasında beş nəfər ölüb
Bu gün gecə saatlarında Ostin (Texas ştatı, ABŞ) yaxınlığında kiçik "Cessna 421C" təyyarəsinin qəzaya uğraması nəticəsində beş nəfər ölüb. BAKU.WS "Report"a ist...