Üçüncü dəfə xərçəngə tutulan 51 yaşlı aktyor xəstəxanadan görüntüsünü paylaşdı
ABŞ-li aktyor Kolin Eqqlesfild üçüncü dəfə xərçənginə tutulub.
BAKU.WS xəbər verir ki, o yenidən "Prostat vəzi"ndən əziyyət çəkir.
Xəstəxanadan fotolarını paylaşan 51 yaşlı aktyor ona bu diaqnoz qoyulduqdan sonra əməliyyat keçirdiyini bildirib.
"Əhəmiyyətli olan kartları necə oynadığınızdır. Bu ilin başlanğıcı çox çətin keçdi, amma müsahibədə dediyim kimi, bu xəstəlik çətinliklər qarşısında kim olmaq istədiyimi müəyyənləşdirmək üçün bir fürsətdir. Müalicəm hər gün daha da yaxşı istiqamətdə irəliləyir. Mən daha sağlam və daha güclü olacam. Hhəmişəkindən daha güclü və sağlam qayıtmağa qərarlıyam" -deyə Kolin Eqqlesfild qeyd edib.
Aktyor 2019-cu ildə xərçənglə mübarizəsindən bəhs edən "Agile Artist" adlı kitab yazıb.
Oxşar xəbərlər
İsrailin Beyruta zərbəsi nəticəsində dörd İran diplomatı həlak olub
İsrailin Livanın paytaxtı Beyruta endirdiyi zərbə nəticəsində İranın dörd diplomatı həlak olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın BMT...