Türkiyənin bu şəhəri ilə bağlı XƏBƏRDARLIQ - 6 baldan yuxarı zəlzələ gözlənilir
Türkiyəli tanınmış professor Şenol Hakan Kutoğlu Malatya və ətraf vilayətlərdə 6 bal gücündə zəlzələ olacağı ilə bağlı xəbərdarlıq edib.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, o, dünən Malatyada baş verən 5,9 bal gücündə zəlzələnin xəritədə yer almayan "naməlum qırılma xətti" üzərində meydana gəldiyini deyib.
"Peykdən əldə etdiyimiz yer səthi hərəkətlərinə görə, yer hərəkətləri Pütürge xəttinin qərbində davam edən başqa bir qırılma xəttinin varlığına işarə edir.
Bizim fikrimizcə, həm keçən il yanvarın 8-də və 25-də Malatyada baş verən zəlzələlər, həm də bu zəlzələ bu xəritələrdə hələ görünməyən, lakin peyk məlumatlarından izləyə biləcəyimiz bu naməlum, xəritəsiz qırılma üzərində baş vermiş kimi görünür".
Şenol Hakan Kutoğlu, yanvarın 28-də verdiyi açıqlamada bildirmişdi ki, Malatyada 8 və 25 yanvar tarixlərində baş verən iki ayrı zəlzələ də məlum qırılma xətləri xəritəsi xaricində, naməlum xətdə baş verib. Bu qırılm xətti yeni zəlzələlərə səbəb ola bilər. Xəritələr mütləq şəkildə yenilənməlidir.
Oxşar xəbərlər
Vuçiç: Rusiya-Serbiya qaz müqaviləsi daha üç ay uzadılıb
Rusiya qazının Serbiyaya tədarükünə dair müqavilə üç ay müddətinə uzadılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç...