Türkiyənin Bayraktar TB3 təyyarəsi ilk dəfə silahdan istifadə edib
Türkiyənin "Anadolu" yüngül təyyarədaşıyan gəmisində yerləşdirilməsi planlaşdırılan "Bayraktar TB3" zərbə və kəşfiyyat pilotsuz uçuş aparatı (PUA) ilk dəfə silahdan istifadə edib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Baykar" şirkəti məlumat yayıb.
Bildirilib ki, PUA Roketsan tərəfindən hazırlanmış iki dəqiq idarə olunan MAM-T sursatından birini istifadə edib.
Zərbəni həyata keçirmək üçün Bayraktar TB3 Aselsan-ın ASELFLIR-500 elektro-optik kəşfiyyat, müşahidə və hədəf təyinat sistemindən istifadə edərək təyin olunmuş hədəfi uğurla vurub.
PUA sınaqları Keşandakı Baykar mərkəzində keçirilib.
Daha əvvəl "Army Recognition" portalı şirkətə istinadən xəbər vermişdi ki, "Bayraktar" pilotsuz uçan aparatları istehsal edən "Baykar" "Kalkan VTOL" şaquli qalxma və eniş PUA-nı sınaqdan keçirib.
Oxşar xəbərlər
Canan Karatay hakim qarşısına çıxdı
Prof. Dr. Canan Karatay keçmiş xəstəsinin ölümü ilə bağlı "səhv tibbi tətbiq" iddiası ilə açılan məhkəmədə ilk dəfə ifadə verdi. BAKU.WS Türkiyə mediasına istin...