Türkiyəni ayağa qaldıran kürəkən–qayınana qalmaqalında yenilik: 21 ilə qədər həbs cəzası…

Türkiyəni ayağa qaldıran kürəkən–qayınana qalmaqalında yenilik: 21 ilə qədər həbs cəzası…
Dünya 276

Türkiyənin Kayseri şəhərində əqli qüsurlu qızının nişanlısı ilə qaçan qadın və həmin kürəkən namizədi barəsində "oğurluq", "təhdid" və "qəsdən xəsarət yetirmə" maddələri ilə 10 il 3 aydan 21,5 ilə qədər həbs cəzası tələb olunan ittiham aktı hazırlanıb. Şübhəlilər irəli sürülən ittihamları qəbul etməyib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Əqli qüsurlu 25 yaşlı D.Ş-nin nişanlısı ilə birlikdə qaçan anası Güldane Ş. (46) və 21 yaşlı kürəkən namizədi Cuma D-nin görüntüləri sosial şəbəkələrdə və televiziya kanallarında yayıldıqdan sonra bir sıra iddialar və şikayətlər əsasında Develi Baş Prokurorluğu tərəfindən başlanan istintaq başa çatıb.

Hazırlanan ittiham aktı Develi Əsliyə Cinayət Məhkəməsi tərəfindən qəbul olunub. Sənəddə Güldane Ş. və Cuma D-yə qarşı "bina daxilində mühafizə altında olan əşyaları oğurlamaq", "bir neçə nəfərlə birlikdə təhdid etmək" və "qəsdən xəsarət yetirmək" maddələri ilə 10 il 3 aydan 21,5 ilə qədər həbs cəzası istənilir.

Zərərçəkən D.Ş. ifadəsində keçən il Cuma D. ilə nişanlandığını bildirib. Bir müddət sonra anası ilə nişanlısı arasında yaxın münasibət yarandığını iddia edən D.Ş. bunları deyib:

"Onların yaxınlaşmasını atama deyəcəyimi söyləyəndə anam Güldane və nişanlım Cuma mənə "Bizim evdən çıxdığımızı, ikimizin evdə tək qaldığını atana əsla deməyəcəksən, yoxsa səni öldürərik" deyə hədə-qorxu gəlib, bədənimin müxtəlif yerlərinə vuraraq məni döydülər. Aramızda daima mübahisələr olurdu."

Atası T.Ş. isə ifadəsində evdə saxladığı 14 ədəd tam qızıl, 1 bilərzik, 19 min 500 dollar və 35 min lirənin yerində olmadığını gördükdən sonra polisə müraciət etdiyini və hadisə ilə bağlı hər iki şəxsdən şikayətçi olduğunu bildirib.

İttiham aktında qeyd olunur ki, oğurlandığı iddia edilən əşyaların ümumi dəyəri 1 milyon 226 min 900 lirədir.

Şübhəlilər Güldane Ş. və Cuma D. isə üzərlərinə qoyulan ittihamları qəbul etməyib.

Əqli qüsurlu qızının nişanlısı ilə qaçan Güldane Ş. və Cuma D.-nin görüntüləri sosial mediada və televiziya kanallarında geniş yayılmış, iddialar və şikayətlərdən sonra İstanbulda saxlanılaraq həbs olunmuşdular. Cinayət işi isə Develi Baş Prokurorluğuna göndərilmişdi.

Son xəbərlər