Türkiyədəki meşə yanğınlarından DƏHŞƏTLİ GÖRÜNTÜ - 1 yanğınsöndürən öldü
Türkiyənin İzmir şəhərində meşə yanğınları davam edir.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Yayılan videolardan birində avtomobil yanan yoldan keçir. Sürücü həmin an yaşananları həyəcan içində lenrə alınıb.
Onun həm canını, həm də avtomobilini təhlükəyə atması sosial şəbəkə istifadəçiləri tərrəfindən birmənalıq arşılanmayıb.
İzmirdəki şiddətli yanğınlar zamanı bir yanğınsöndürən həyatını itirib. 39 yaşlı İbrahim Demir 2 uşaq atası olub.
O İzmirin Ödemiş ərazisindəki yanğınları söndürərlən həlak olub.
Məlumat üçün bildirək ki, ötən gündən İzmirin Çeşme rayonunda meşə yanğınları başlayıb.
Küləklə ətrafa yayılan alov İzmir-Çeşmə avtomobil yoluna çatdığı üçün yol hər iki istiqamətdə bağlanıb.
Xilasedicilər qrupu yanğına 2 təyyarə və 6 helikopterlə müdaxilə edib.
Oxşar xəbərlər
Qətər Doha üzərindən xarici aviaşirkətlərin uçuşlarını bərpa edir
Qətər hakimiyyəti Dohadakı Həməd Beynəlxalq Hava Limanı vasitəsilə xarici aviaşirkətlər üçün uçuşların mərhələli şəkildə bərpa olunduğunu elan edib. BAKU.WS xar...