Türkiyədə Yeni il ərəfəsində terror planlaşdıran 115 nəfər saxlanıldı
Türkiyə Daxili İşlər Nazirliyi (DİN) İŞİD terror təşkilatı ilə bağlı fəaliyyətdə şübhəli bilinən 115 nəfəri saxlayıb.
BAKU.WS xəbər verir ki, onların Milad və Yeni il günlərində bir sıra terror aktları planlaşdırdığı bildirilib.
İstanbul Baş Prokurorluğunun məlumatına görə, İŞİD qarşıdan gələn Milad və Yeni il bayramları ərəfəsində ilk növbədə qeyri-müsəlmanlara qarşı hücumlar planlaşdırıb.
Qeyd olunur ki, polis eyni vaxtda vilayət ərazisi üzrə 124 ünvanda əməliyyat keçirib.
Prokurorluğun açıqlamasında deyilir ki, 115 şübhəli saxlanılıb, digər şəxslərin tutulması istiqamətində əməliyyatlar davam etdirilir.
Oxşar xəbərlər
Tramp Rusiyada həbsdə olan keçmiş dəniz piyadasının azad edildiyini təsdiqləyib
ABŞ Prezidenti Donald Tramp Rusiyada 2022-ci ildən həbsdə saxlanılan keçmiş dəniz piyadası Robert Gilmanın azad edilərək ABŞ-a yola salındığını açıqlayıb. BAKU....