Türkiyədə DƏHŞƏT - Gecə ilə binanın istinad divarı uçdu
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə, İstanbulun Gümüşsuyu məhəlləsində, Battalgazi küçəsində iki mərtəbəli binanın qarşısındakı istinad divarı naməlum səbəbdən uçub.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə polis, yanğınsöndürmə briqadası və bələdiyyə qrupları sövq edilib.
İki mərtəbəli binada yaşayan 7 nəfər təxliyə edilib, binadakı 2 mənzil Beykoz Bələdiyyəsi tərəfindən möhürlənib.
Bildirilib ki, sakinlər yaxınlarının evinə gedəcəklər.
Küçə təhlükəsizlik məqsədilə nəqliyyatın hərəkətinə bağlanıb. Hadisə nəticəsində ölən və yaralananların olmayıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...