Türkiyədə 4 bal gücündə zəlzələ qeydə alınıb
11
mar
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Denizli vilayətində 4 bal gücündə zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 07:42-də episentri Denizlinin Buldan rayonunda yerləşən yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin ocağının 5,24 kilometr dərinlikdə yerləşdiyi müəyyən edilib.
Qeyd edək ki, martın 9-da da Buldan rayonunda 5,1 bal gücündə zəlzələ baş vermişdi. Həmin hadisədən sonra bölgədə çoxsaylı afterşoklar qeydə alınıb.
Oxşar xəbərlər
Paşinyan: Ermənistan və Türkiyə sərhədlərin açılmasında son mərhələyə yaxındır
Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin tam açılması istiqamətində proses yekun mərhələyə yaxınlaşır. BAKU.WS xəbər ve...