Türkiyə Hindistanla Pakistan arasında atəşkəs qərarını alqışlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistan və Hindistan arasında atəşkəs qərarının qəbul edilməsindən məmnunuq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Pakistan və Hindistanın atəşkəs qərarı ilə əlaqədar açıqlamasında bildirilib.
Qeyd olunub ki, Ankara tərəfləri birbaşa və sağlam dialoq qurmaq üçün bu imkandan maksimum istifadə etməyə çağırıb.
Vurğulanıb ki, Cənubi Asiyada davamlı sabitliyi təmin etmək üçün terrorizmlə mübarizə də daxil olmaqla, oxşar gərginliyin qarşısını alacaq dialoq mexanizmlərinin yaradılmasının zəruriliyi göz qabağındadır.
Türkiyə XİN-dən başda ABŞ olmaqla, atəşkəsə töhfə verən bütün ölkələrə təşəkkür də bildirilib.
Oxşar xəbərlər
Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib
Avropa Komissiyası ABŞ-nin Avropa İttifaqını (Aİ) struktur baxımından həddindən artıq istehsal güclərinə malik ölkələr sırasına aid etməsi ilə razılaşmır. Komis...