Türk Hava Yolları 13 il sonra Suriyaya uçuşları bərpa edir: İki ölkənin vətəndaşlarına qadağa

16
yan
2025
12:47
Türk Hava Yolları (THY) 13 illik fasilədən sonra Suriyanın paytaxtı Dəməşqə ilk uçuşunu həyata keçirəcək.
BAKU.WS xəbər verir ki, THY-nin rəsmi internet saytında yayımlanan məlumata görə, Suriya Ərəb Respublikasının qərarına əsasən, İsrail və İran vətəndaşlarının ölkəyə girişi qadağan olunub.
THY 23 yanvar cümə axşamı günü Dəməşqə ilk reysi həyata keçirəcək. Şirkət bu barədə sərnişinlərinə xüsusi səyahət məlumatı təqdim edib.
Suriya Ərəb Respublikasına səyahət edəcək sərnişinlər üçün bir sıra yeni qaydalar müəyyən edilib:
- İsrail və İran vətəndaşlarının ölkəyə girişi mümkün olmayacaq.
- Suriya vətəndaşları Suriya vətəndaşı olduqlarını təsdiqləyən sənəd təqdim etməlidirlər.
- Livan vətəndaşları isə yalnız valideynlərindən birinin Suriya vətəndaşı olması və ya başqa bir ölkədə yaşayış icazəsi və ya vizası olması halında Suriyaya daxil ola bilərlər.
- Jurnalistlər Suriyaya xüsusi icazə ilə daxil ola biləcəklər.
Bu addım THY-nin Suriyaya uçuşlarını bərpa etdiyi ilk il olması baxımından əhəmiyyətli hadisə hesab edilir.
Oxşar xəbərlər
İlon Mask: Trampın adı azyaşlıların cinsi istismarı ilə bağlı sənədlərdə yer alır
Amerikalı sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampın adının insan alveri və yetkinlik yaşına çatmayanların cinsi istismarında ittiham olunan milyarder Cef...
