Trampdan NATO-ya sərt tənqid
ABŞ Prezidenti Donald Trump NATO-nun İranla bağlı hərbi dəstək verməməsini tənqid edib və bu vəziyyətin onu məyus etdiyini bildirib.
BAKU.WS xəbər verir ki, Tramp İrlandiya Baş naziri Mişel Martin ilə görüşündə deyib ki, Hürmüz Boğazının təhlükəsizliyi üçün Avropadan gözlədikləri dəstəyi ala bilməyiblər. O, ABŞ-nin boğazı açıq saxlamaq üçün heç kimin köməyinə ehtiyacı olmadığını, amma NATO üzvlərinin bölgədə məsuliyyət daşımalı olduğunu vurğulayıb.
Tramp qeyd edib ki, İranın hərbi gücü zəifləsə də, Tehran hələ də dəniz minaları ilə təhlükə yarada bilər. O, Avropa ölkələrinin minatəmizləmə gəmiləri ilə dəstək olmasını istədiyini, lakin bu tələbə cavab verilmədiyini söyləyib.
Jurnalistlərin "ABŞ NATO-dan çıxacaqmı?" sualına cavab olaraq Tramp bildirib ki, hazırda belə bir planı yoxdur, amma NATO məsələsi yenidən nəzərdən keçirilməlidir.
Oxşar xəbərlər
ABŞ Hindistana 428 milyon dollarlıq silah satışını təsdiqlədi
ABŞ Dövlət Departamenti Hindistana ümumi dəyəri 428,2 milyon dollar olan silah satışını təsdiqləyib. BAKU.WS xəbər verir ki, satış paketinə "Apache" helikopterl...