Trampdan mühüm sərəncam - Dünyanın düzəni dəyişə bilər
ABŞ Prezidenti Donald Tramp ölkədə hər il on minlərlə insanın ölümünə səbəb olan fentanili rəsmi olaraq "kütləvi qırğın silahı" kimi tanıyan sərəncam imzalayıb.
BAKU.WS xəbər verir ki, məlumata görə, morfindən təxminən 100 dəfə güclü olan fentanil ABŞ və qlobal təhlükəsizlik üçün ciddi təhdid hesab edilir və nüvə silahları ilə eyni təhlükə kateqoriyasına daxil edilib. Qərar fentanilin qanunsuz dövriyyəsində iştirak edən şəxslərə, qurumlara və bu ticarətə göz yuman ölkələrə qarşı daha sərt tədbirlərin görülməsinə imkan yaradır.
ABŞ-də "zombi narkotiki" kimi tanınan fentanil doza həddinin aşılması nəticəsində huşun itirilməsinə və ölümə səbəb olur. Rəsmilərin bildirdiyinə görə, maddə hər il on minlərlə amerikalının həyatına son qoyur.
Yeni sərəncam Pentaqon və kəşfiyyat orqanlarına narkotik kartellərinə qarşı mübarizədə daha geniş səlahiyyətlər verir.
Oxşar xəbərlər
Bolqarıstanda böyük etiraz - Hökumət istefa verdi
Bolqarıstanda büdcə layihəsi və korrupsiya iddialarına etiraz olaraq keçirilən kütləvi aksiyalar hökumətin istefası ilə nəticələnib. BAKU.WS xəbər verir ki, hök...