Trampdan Maskla bağlı sərt açıqlama: "Subsidiyalar olmasaydı, Afrikaya qayıdardı"
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp milyarder iş adamı İlon Maskla bağlı növbəti dəfə sərt fikirlər səsləndirib.
BAKU.WS xəbər verir ki, Tramp öz sosial media hesabında Maskın ona dəstək verməsindən əvvəl də elektrikli avtomobil məcburiyyətinə qarşı olduğunu xatırladıb:
"Elon Mask mənim bu məsələ ilə bağlı mövqeyimi çox yaxşı bilirdi. Elektrikli maşınlar pis deyil, amma heç kim buna məcbur edilməməlidir. Bu, mənim kampaniyamın əsas hissələrindən biri olub".
Tramp daha sonra Maskla bağlı daha sərt ifadələr işlədib:
"Elon tarixdə hər kəsdən daha çox subsidiyalar alıb. Əgər bu subsidiyalar olmasaydı, çoxdan "dükan"ı bağlayıb Cənubi Afrikadakı evinə qayıtmaq məcburiyyətində qalardı".
Hazırda Trampın paylaşımına Maskın cavabı gözlənilir. Onların münasibətində bir müddətdir gərginlik müşahidə olunur.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...