Trampdan iddialı açıqlama: ABŞ tezliklə Marsa insan göndərəcək
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp ölkəsinin yaxın gələcəkdə Marsa pilotlu kosmik missiya həyata keçirməyi hədəflədiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, Vaşinqtonda ABŞ-nin Müstəqillik Bəyannaməsinin imzalanmasının 250 illiyinə həsr olunan tədbirdə çıxış edən Tramp bildirib ki, Marsa insan göndərilməsi artıq uzaq perspektiv deyil.
Onun sözlərinə görə, bu istiqamətdə ilk mərhələ Ay missiyasının uğurla həyata keçirilməsi olacaq.
Prezident qeyd edib ki, Ay proqramından sonra ABŞ kosmik tədqiqatlarda növbəti addım kimi Marsa pilotlu uçuşu reallaşdırmağı planlaşdırır.
Tramp çıxışında həmçinin xatırladıb ki, ilk prezidentlik dövründə onun administrasiyasının təşəbbüsü ilə ABŞ Kosmik Qüvvələri yaradılıb və bu addım ölkənin kosmos sahəsində imkanlarının genişləndirilməsinə xidmət edib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...