Tramp Tokayevi iki tədbirə dəvət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Donald Tramp Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə məktub ünvanlayaraq onu ABŞ-nin Mayami şəhərində keçiriləcək G20 sammitinə və növbəti Sülh Şurasının iclasına dəvət edib.
BAKU.WS xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Aybek Smadiyarov "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, Tramp məktubunda Tokayevi yenidən görməkdən məmnun olacağını vurğulayıb və onu ilin sonuna planlaşdırılan G20 sammiti çərçivəsində Mayamidə, eləcə də Sülh Şurasının növbəti toplantısında salamlayacağını qeyd edib.
Smadiyarov əlavə edib ki, ABŞ lideri Tokayevlə əvvəlki görüşlərini də yüksək qiymətləndirərək təşəkkürünü bildirib. Məktubun digər detalları açıqlanmayıb.
Xatırladaq ki, yanvar ayında Sülh Şurasının təsis olunması zamanı Tokayev Trampa "sağlam düşüncə siyasəti"ndə uğurlar arzulamış, Ağ Ev rəhbəri isə bu təşəbbüsə göstərilən dəstəyə görə qazaxıstanlı həmkarına minnətdarlığını ifadə etmişdi.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...