Tramp: Rusiyaya zərər vermək niyyətim yoxdur
22
yan
2025
20:55
Rusiyaya zərər vermək niyyətim yoxdur.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
O, Ukraynada nizamlanma ilə bağlı saziş imzalamağın vaxtının çatdığını qeyd edib:
"Rusiya Ukrayna ilə bağlı razılığa gəlməsə, ABŞ Moskvanın satdığı hər şeyə yüksək tariflər və sanksiyalar tətbiq edəcək. Ukrayna münaqişəsini asan və ya çətin yolla bitirmək olar. Mən asan yola üstünlük verirəm. Rusiyaya zərər vermək istəmirəm".
Tramp rus xalqını sevdiyini və Prezident Vladimir Putinlə həmişə yaxşı münasibəti olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Tramp FES-dən faiz dərəcəsinin aşağı salınmasını tələb edərək bir sıra ölkələrlə ticarətin dayandırılması ilə hədələyib
Ölkənin mərkəzi bankı rolunu yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini aşağı salmaqdan imtina edərsə, Vaşinqton bir neçə dövlətlə ticarə...